Türkiyənin “TV8” telekanalında yayımlanan “İşte benim stilim” dəb yarışmasında mübarizə aparan azərbaycanlı iştirakçı Deniz Serkanova oğurluqda ittiham edilib.
Oxu.Az xəbər verir ki, Bahar Candan adlı türkiyəli iştirakçı canlı yayımda D.Serkanovanın onun ayaqqabılarını oğurladığını iddia edib. Aybüke adlı digər iştirakçının isə “gördüm, ayaqqabıları Deniz götürdü” söyləməsi həmyerlimizi əsəbiləşdirib.
Deniz Serkanova bir anda yerindən qalxıb qışqırmağa başlayaraq iddiaların yalan olduğunu söyləyib.
Oğurluqda günahlandırılan Denizi digər iştirakçılar müdafiə edib. Deniz isə bütün ayaqqabılarını bir-bir göstərməyə başlayıb. Sonda Aybükenin yanıldığı və Denizin günahsız olduğu ortaya çıxıb.
Sözügedən kadrlara 9.50-ci dəqiqədən baxmaq mümkündür:
Aytən Sadıqzadə
www.oxu.az