Türkiyədə baş verən terror zamanı Boğaziçi körpüsündə yaralı əsgərləri daşıyanlar arasında olan aktyor Əli Nuri Türkoğlu ictimai mediada böyük bir səhvin qurbanına çevrilib.
Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə mətbuatında məlumat yayılıb.
Qiyamçılara mane olmaq üçün küçəyə çıxan aktyor insanlara kömək etmək istədiyi halda onun bu davranışı yanlış başa düşülüb.
Boğaziçi körpüsündə səhər təslim olan əsgərlərə “linç cəhdi”nə mane olmağa çalışan və bir yaralını hərbi vasitəyə mindirən Əli Nuri Türkoğlu sosial şəbəkədə paylaşılan fotoşəkil ucbatından izləyicilər tərəfindən “qatil” adlandırılıb.

O, daha sonra şərh yazaraq baş verənlərə aydınlıq gətirib.

Əli Nuri Türkoğlu müğənni Nadide Sultanın qardaşıdır.

Aytən Sadıqzadə
www.oxu.az