Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal yaşadığı binanın avtodayanacağında huşsuz halda tapılıb.
Oxu.Az Hürriyet-ə istinadla bildirir ki, ifaçını yerə yıxılmış vəziyyətdə görən tanışları onu xəstəxanaya aparıblar.
Həkimlərin sözlərinə görə, İbrahim Erkalın vəziyyəti ağırdır. Müğənni hazırda reanimasiya şöbəsindədir.
A.S.
www.oxu.az