Türkiyəli aktyor Nezih Tuncay bu gün vəfat edib.
Oxu.Az xəbər verir ki, onun ölüm xəbərini oğlu “Facebook” səhifəsində yayıb.
Aktyor səhhətində yaranan problemlərə görə dünən yerləşdirildiyi xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Nezih Tuncay 1945-ci ildə İstanbulda doğulub. Sənət həyatına 1965-ci ildə başlayıb. “Məhəllənin muxtarları”, “Rus gəlin”, “Yarpaq tökümü” kimi seriallarda yaratdığı obrazları ilə daha da sevilib.
O, sonuncu dəfə “Dünyanın ən gözəl qoxusu” adlı filmdə rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az