Türkiyənin məşhur rəqqasəsi Asena üç ildir sevgili olduğu Hasan Dere ilə gizlicə evlənib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, H.Dere həyat yoldaşından rəqqasəyə görə boşanıb.
Bir müddət əvvəl İzmirdə reallaşan “qız istəmə” mərasimində üzüklərini taxan cütlük ötən gün Almaniyada, Düselldorf şəhərində gizlicə evlənib. Asena bundan sonra “Instagram” hesabındakı soyadını Dere olaraq dəyişdirib. Bu isə yayılan xəbərləri təsdiqləyir.
A.S.
www.oxu.az