Oxu.Az Ölkə.Az-a istinadla tanınmış teleaparıcı Ülvira Qarayevanın müsahibəsini ixtisarla təqdim edir:
- Ümumiyyətlə, ailə qurmaq barədə düşünürsünüz?
- (gülür) Bu yaxınlarda ailə qurmaq barədə çox dərindən düşünmüşəm və yeni bir qənaətə gəlmişəm. Həmişə deyirdim ki, bəli, istəyirəm. Amma bir aya yaxındır ki, anam evdə yoxdur. Bu müddət ərzində dostlarımla görüşə bilmirəm, axşam qızımla bərabər evdə otururam, yeməyi özüm bişirirəm. Bu, mənim üçün xərac vergisinə bənzəyir, çox əzablıdır. Düzdür, çox dadlı yeməklər bişirirəm. Əksəriyyətinin reseptini internetdən götürürəm, yeni-yeni təamlar hazırlayıram. Amma hər gün bu işləri təkrarlamaq məcburiyyəti məni məhv edir. Düşündüm ki, ailə qursam, gərək paltar yuyam, ev yığışdıram. Sözsüz ki, bunu evimdə də edirəm, hər şey anamın üstündə deyil. Amma o məcburiyyət məni məhv edər.
- Müsahibələrinizdən birində demişdiniz ki, qadının namusu onun cinsiyyət orqanında deyil. Soruşmaq istərdim ki, bəs sizə görə qadının namusu nədədir?
- Bu yaxınlarda Kim Kardaşyan İrəvana gəlmişdi. Sən özün də mənim statusuma yazmışdın ki, Kardaşyan Ermənistan üçün Serj Sarkisyanın etdiklərindən daha artığını edib. Bu fikirdə səninlə tamamilə razıyam. Ermənistanın adı heç bir dəftərdə olmadığı halda, Kardaşyanın izləyiciləri baxırlar ki, o indi hara gedib? Ermənistana. Sonra görlər ki, bunlara qarşı soyqırım həyata keçirilib. Halbuki bunların uydurma olduğunu hamımız bilirik. Serj Sarkisyan əlinə çubuq alıb bütün dünyanı gəzib xəritədə göstərsəydi, bu qədər effektli olmayacaqdı. Bütün dünya mətbuatı da bu haqda yazır, fanatları izləyir. Çünki o, dünya səviyyəli ulduzdur. Ermənistan onun tarixi vətənidir. Kardaşyan heç Ermənistanın üzünü görməmişdi. Əgər o qadın vətəni üçün nəsə edə bilirsə, haladı ona. Birbaşa sualına gəlincə, doğrudan da belə düşünürəm ki, qadının namusu onun cinsiyyət orqanı deyil. Qarabağ döyüşlərində kişilər deyirdilər ki, arvad-uşağı çıxardıram buradan. Amma ən birinci vətənin namusudur. Elə şeylər də var ki, sırf insani dəyərlərlə bağlıdır. Desəm, məni topa tutacaqlar.
- Təqdir edirsiniz ki, pornoulduz olsa belə, vətəni üçün işlər görür. Siz dünya səviyyəsində pornoulduz olub, ölkəniz üçün belə işlər görməyə razı olardınız?
- Birincisi, Kim Kardaşyan pornoulduz deyil. Onun pornofilmlərini kim görüb?
Belə təqdim olunur.
- Onu yalnız bizimkilər elə təqdim edirlər.
- Xeyr, Rusiya, Türkiyə mətbuatı da belə təqdim edir.
- Onda bir porno filmini təqdim etsinlər, baxaq. Bəlkə də var, gözümdən yayınıb. O ki qaldı mənim pornoulduz olmağıma, bu, mümkün deyil. Çünki klassik azərbaycanlı tərbiyəsi almışam. O isə Amerikada böyüyüb. Azərbaycanda heç kəsin Kardaşyan kimi pornoulduz olmaq şansı yoxdur.
- Əgər düşünürsünüzsə ki, qadının cinsiyyət orqanı onun namusu deyil, pornoulduz olmağın nəyi qəbahətdir? Razısınız?
- Mən Azərbaycan şəraitini nəzərdə tuturam. Pornoulduz başqa bir şeydir. Məsələn, Saşa Qrey pornoulduzdur, Eminemin kliplərində çəkilir. O, pornoyla yalnız öz peşəsi çərçivəsində məşğul olur, kənarda isə normal bir insandır. O ki qaldı qadının namusuna, Azərbaycanda qadını o namusla şantaj edirlər və mən buna qarşı çıxıram. Məsələn, səni döyən, incidən həyat yoldaşından qaçıb, dövlət orqanından kömək istəyirsənsə, artıq sən əxlaqsız sayılırsan.
Elgizlə münasibətləriniz necədir? Bildiyimə görə aranız soyuqdur.
- Elgizlə münasibətimiz əladır. Heç vaxt da pis olmayıb. Mən Elgizə mənəm-mənəm deyən bir çox insanlardan daha çox hörmət edirəm. Çünki o, çox dürüst adamdır.