“Gəlinlik geyinməyi çox istəyirəm”.
Bunu Oxu.Az-a açıqlamasında məşhur müğənni Xatun Əliyeva deyib.
Sərt açıqlamaları və şillə kimi ismarıcları ilə şou əhlinin canına vəlvələ salan sənətçi ikinci dəfə ailə qurmayacağını dilə gətirdi:
“Əslində, gəlinlik geyinmişəm. Bir çox şeyləri etmək istəyirəm. Ammalar var... Mənim böyük oğlum var. Məhz bu səbəbdən yenidən ərə getməyə utanaram”.
Oğlunu kameralardan gizlədən Xatun bundan sonra da onu şou-biznesdən uzaq tutacağını söylədi:
“Şou-biznezdə haqsızlıqlara və təhqirlərə məruz qalıram, fikirləşirəm ki, qoy, özümü söysünlər, amma övladıma, qardaşım stilist Balaşa bir söz deyilməsin.
:640.jpg)
Sosial şəbəkələrdə tanımadığımız insanlar tərəfindən yaxşı və ya pis müzakirə olunuruq. Amma pis daha çoxdur. Müzakirələrin içində olmağımı, inanın ki, heç özümə də qıymıram. Bunları görüb, özüm-özümə deyirəm ki, nə yaxşı ki oğlumu hamıdan gizlətmişəm. İnsanların ağızlarına oğlumu yem etməmişəm ki, onun barəsində xoşagəlməz sözlər yazmasınlar. Öz reklamıma görə oğlumu önə çıxarmayacağam”.
Rəşad Əliyev