Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuşla birlikdə Türkiyənin “Söylemezsem olmaz” proqramında qonaq olub.
Oxu.Az xəbər verir ki, onlar “Beyaz TV”də yayımlanan verilişə qəfildən gəlib.
Proqram zamanı aparıcılar Xoşqədəmin gözəl olduğunu, cütlüyün bir-birinə çox yaraşdığını deyib.
Doğuş isə övladlarının bundan sonra Türkiyədə yaşayacağını qeyd edib.
“Uşaqları yanıma gətirdim, Türkiyədə mənimlə yaşayacaqlar. Seriala çəkilirəm. Orada Orxan obrazını canlandırıram”, - deyə Doğuş bildirib.
Onlar daha sonra studiyadan əl-ələ çıxıblar.
Xoşqədəmin uşaqları bundan sonra Türkiyədə yaşayacaq - VİDEO
Pərviz Hüseyn
www.oxu.az
Rəylər