Xoşqədəmlə Doğuş qız övladı istəyir - “Süni mayalanma ilə edəcəyik”
Türkiyəli müğənni Doğuş “UçanKuş TV”də yayımlanan “Gece kuşu” verilişinin qonağı olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, 2014-cü ildə Xoşqədəm Baxşəliyeva ilə evlənən sənətçi maraqlı açıqlama verib.
Doğuş oğlan əkizlərindən sonra qız övladının dünyaya gəlməyini istəyir:
“Qız övladı istəyirik. Bunu açıq ürəklə deyirəm. Süni mayalanma etdirəcəyik. Çünki cinsiyyətini seçmək haqqımız olacaq”.
A.S.
www.oxu.az