ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdə olub.
“Report”un Cəbrayıla ezam olunan əməkdaşının xəbərinə görə, qonaqlar Xudafərin körpüsünü ziyarət ediblər.
Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.
Nümayəndə heyəti daha sonra Şuşaya səfər edəcək və şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi, mədəni abidələrlə tanış olacaqlar.






14:34
ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb.
“Report”un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Səfərin əsas məqsədi Azərbaycan tarixi, mədəniyyəti, ən əsası Azərbaycan həqiqətlərinin dünya və İsrail, ABŞ ictimaiyyətinə çatdırılmasıdır.
Nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edəcək və Şuşa şəhərinə də səfər edəcək.