Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BƏM-in Azərbaycanla bağlı qərarının elan ediləcəyi tarix açıqlandı
Noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı” işdə Ermənistanın sentyabrın 28-də təqdim etdiyi müvəqqəti tədbirlərin görülməsi tələbi ilə bağlı qərarını təqdim edəcək.
APA xəbər verir ki, Haaqa Sülh Sarayında Məhkəmənin sədri hakim Yohan Donoq (Joan E. Donoghue) məhkəmənin qərarını elan edəcək.
Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın iddia edilən pozuntuları ilə bağlı Azərbaycana qarşı icraat başlanmasına dair ərizə verib.
"BƏM" teqi üzrə xəbərlər
- Beynəlxalq Ədalət Məhkəməsində Qəzza məsələsi “yuxuda” həll edilir - VİDEO
- XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir
- Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - FOTO/VİDEO
- Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə bağlı xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb
- Beynəlxalq hüquq üzrə ekspert Rodni Dikson: “Okamponun emosional hesabatı kökündən yanlışdır”