"Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Onların sırasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.
O bildirib ki, bu mötəbər tədbir müasir şəhərsalma yanaşmaları və beynəlxalq təcrübə mübadiləsi baxımından qlobal əhəmiyyətə malik platformaya çevriləcək:
"Сənab Prezidentin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin ardıcıl xarakter daşıdığını əyani şəkildə göstərir".
Mərahim Nəsib