Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İrəvandan Bakıya torpaq gətirən müəllim Ermənistanda gördüklərindən DANIŞDI
Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Ogün Özdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 6 aydır Bakıda yaşayan Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.
O, paylaşdığı video vasitəsilə İrəvandan bütün türk dünyasının Novruz bayramını təbrik edib.
Ogün Özdemir, həmçinin Azərbaycanın qədim torpağından azərbaycanlıları, o cümlədən Qərbi Azərbaycandan olan insanları salamlayıb.
Ogün Özdemir bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsindən də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkaçan deyil.
O.Özdemir deyir ki, İrəvan qədimdən, minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib.
Ətraflı süjetdə:

"İrəvan" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- Türkiyəli bloqer Bakıdan İrəvana getdi və "Qarabağ" mahnısını ifa etdi
- Ermənistanın Azərbaycana hücum etməyə cürəti çatacaq?
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"
- Paşinyanın mətbuat katibinin evi qarət olunub, külli miqdarda pul oğurlanıb