17 
Okt
2019
12:23
155
27
3911
Virtual karabakh

Məktəblərə nəqliyyat vasitələri veriləcəkmi? - Nazir açıqladı

17 Okt, 2019
12:23
3911

Məktəblərə nəqliyyat vasitələri veriləcəkmi? - Nazir açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil naziri Ceyhun Bayramov ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi məsələsinə münasibət bildirib. 

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri C.Bayramov Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil:

“Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir. Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var”. 

“Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri, əsasən, kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur”, - deyə C.Bayramov qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri