Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hansı halda tullantıları atmağa icazə var? - RƏSMİ + VİDEO
“Yalnız yaşadığı binanın blokuna yaxın ərazidə zibil qutuları olan şəxslər məişət tullantılarını atmaq üçün yaşayış yerini tərk edə bilər”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, zibil qutuları yaşayış yerindən 200-300 metr aralıdadırsa, bu halda vətəndaşın zibil atmaq üçün yaşayış yerini tərk etməsinə icazə verilmir:
“İcazə yalnız yaşayış yerinə yaxın məsafədə zibil qutuları varsa, keçərlidir. Müddət uzun deyil, iki gündür. Zibilləri evdə qapalı qabda saxlamaq olar. Bu haldan sui-istifadə etmək lazım deyil. Əks təqdirdə, həmin şəxslər məsuliyyətə cəlb ediləcəklər”.
Könül Cəfərli
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Baş prokuror 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
Rəylər