Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri var? - AÇIQLAMA
“Yerləşdiyimiz region, cənub qonşumuz İran İslam Respublikasının ərazisində, eləcə də qardaş Türkiyənin ərazisində seysmik aktiv bölgələr var”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir:
“Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşib və litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq, həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən olduqca onlarla zəif təkanlar qeydə alınır. Dəfələrlə bəyan etdiyimiz kimi, bizim ərazinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi yoxdur. Ona görə də qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur.
Son günlər Gədəbəydə və Samuxda qeydə alınan təkanlara gəlincə, əvvəlcədən də dediyimiz kimi, ərazimiz seysmik bölgə olduğuna görə burada hiss edilən və edilməyən zəlzələlər ola bilər. Hər iki zəlzələ hiss edilməyən zəlzələ idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur.
Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Olub-olmayacağına dair birmənalı fikir söyləmək mümkün deyil”.
"Gədəbəy" teqi üzrə xəbərlər
- Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
- Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
- Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
- Daşkəsən, Gədəbəy və Göygöldə dolu fəsadlar törədib
- Paşinyan “Tavuşdan başlayaq” deyir - TƏHLİL
Rəylər