Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Beş il əvvəlki qəzada itkin düşən daha iki neftçinin cəsədi tapıldı](https://images.oxu.az/2020/06/24/12/34/17/853096e1-e952-4690-afcb-c6ec6205a640/gunesli:1200.jpg)
Beş il əvvəlki qəzada itkin düşən daha iki neftçinin cəsədi tapıldı
Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib.
SOCAR-dan verilən məlumata görə, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.
Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib.
Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-ci il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veriləcək.
Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, daha öncə cəsədi tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.
Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Şuşada SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı
Rəylər