24 
Avq
2020
12:05
281
17
4758
Virtual karabakh

Adı “Qırmızı Kitab”a daxil olan bir neçə heyvan təbiətə buraxıldı - VİDEO

24 Avq, 2020
12:05
4758

Adı “Qırmızı Kitab”a daxil olan bir neçə heyvan təbiətə buraxıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşların müraciətləri əsasında yaşayış məntəqələrinə yaxınlaşan vəhşi heyvanlar götürülərək, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Ağstafa rayonunda yerləşən iaşə obyektindən götürülən iki baş canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçdikdən sonra Şirvan Milli Parkında vəhşi təbiətə qaytarılıb.

Bakı şəhərinin yaşayış məntəqələrinə yaxın ərazilərdən götürülən bir baş tülkü və “Qırmızı Kitab”a daxil olan bir ədəd adi soltanquş isə Abşeron milli parkının əməkdaşları tərəfindən vəhşi təbiətə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri