Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Laçında həlak olan hərbçilər dəfn edildi - YENİLƏNİB + FOTO
Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
16:04
Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlunun nəşi Sumqayıt şəhərində yaşadıqları ünvanlara gətirilib.
“Report”un xəbərinə görə, hazırda hərbçilərlə vida mərasimi keçirilir. Mərasimdə şəhidlərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edir.
Vida mərasimindən sonra şəhidlər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.
15:29
Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.
Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün saat 17:00-da Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Könül Cəfərli
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
Rəylər