Dek
2021
13:38
53
389
14125
Virtual karabakh

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

1 Dek, 2021
13:38
14125

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimi başa çatıb.

Vida mərasimində DSX-nin yüksək rütbəli şəxsləri iştirak edib.

Qeyd edək ki, həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.

13:23

“Qəfil ölüm həmkarlarımızı həyatdan tez apardı. Bu itki çox ağırdır”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev şəhidlərlə vida mərasimində deyib.

O bildirib ki, Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad ediblər.

“Biz bu peşəkar heyəti 5-10 illər ərzində hazırlamışdıq. Bu bizim üçün böyük itkidir”.

Bu sözləri isə ötən gün Xızıda şəhid olan hərbçilərlə keçirilən vida mərasimində Dövlət Sərhəd Xidmətinin general-mayoru Faiq Məmmədov deyib. 

General bildirib ki, şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq.

13:07

Vida mərasimində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin Kadrlar şöbəsinin rəisi, general-mayor Ayaz Hüseynov şəhidlərin tərcümeyi-halı haqqında məlumat verib.

Aqşin Kərimov

12:11

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilir.

Vida mərasimi “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

FOTO: Firudin Səlimov, Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri