Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, hadisə Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlunun kirayədə yaşadığı mənzildə baş verib.
Bildirilib ki, faciəvi şəkildə ölən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.