19 
Yan
2024
23:12
170
530
17759
Virtual karabakh

Azərbaycanda 5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB + FOTO/VİDEO

19 Yan, 2024
23:12
17759

Azərbaycanda 5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edək ki, son məlumata görə, seysmohadisənin maqnitudası 5 olub.

22:55

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

22:14

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verdiyi məlumata əsasən, seysmoloji hadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50 km dərinlikdə yerləşib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri