Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Braziliyalı futbolçudan Azərbaycan barədə xoş sözlər - FOTO
Bu 11 il ərzində yaşadığımız çoxlu qələbələr, çoxlu təlimlər, çoxlu söylənməli hekayələr, çoxlu dostluq və düşmənliklər üçün təşəkkür edirəm. Ancaq ən əsası bu ölkə üçün nələr etdiyimiz və burada özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdır.
Oxu.Az xəbər verir ki, bu fikirlər Bakının “Keşlə” klubunun sabiq futbolçusu Denis Silva Kruza məxsusdur.
11 il legioner həyatı yaşadığı Azərbaycanda indiki klubunadək “Xəzər Lənkəran”la “Neftçi”nin formasını geyinmiş braziliyalı sosial şəbəkədə paylaşım edib. D.Silva Azərbaycanı özünə ikinci vətən saydığını bildirib:
“Təəssüf ki, getmək vaxtı çatdı. Bu mərhələ bitdi. Bilmirəm, bizi xatırlayan, darıxan olacaq, ya yox. Amma əmin olun, biz həmişə ikinci milliyyətimiz üçün darıxacağıq. Çünki biz Azərbaycanı hiss edirik. Bu ölkə bizim həyatımızın bir hissəsi olub.
Hər şeydən əvvəl bizim evliliyimiz burada olub, qızımız burada dünyaya gəlib. Bizim Azərbaycanda bir həyatımız olub və həmişə Azərbaycan ürəyimizdə yaşayacaq. Təşəkkürlər, Azərbaycan”.
Qeyd edək ki, braziliyalı müdafiəçi 2008-10-cu illərdə “Xəzər Lənkəran”, 2010-2012 və 2013-2015-ci illərdə “Neftçi”, 2015-2019-cu illərdə “Keşlə”nin (əvvəlki “İnter”) şərəfini qoruyub.
"Bakı" teqi üzrə xəbərlər
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı
- Bakıda pişiyi eyvandan salladılar, işgəncə verdilər
- Dünyanın ən bahalı şəhərlərinin son reytinqi: Bakı neçənci yerdədir?
Rəylər