16 
İyl
2019
13:24
61
97
2464
Virtual karabakh

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

16 İyl, 2019
13:24
2464

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

İyulun 21-dən etibarən Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalına güləş idman növü daha sonra artırılıb.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bildirib ki, Avropa Olimpiya Komitələri ilə müzakirə apardıqdan sonra bu barədə qərar verilib:

“İndiyədək keçirilən Avropa Gənclər Olimpiya Festivalında doqquz idman növündə mübarizə aparılırdı. Ancaq bizdə 10 idman növü üzrə mübarizə gedəcək. Biz Avropa Olimpiya Komitələri ilə müzakirə apardıq. Güləş Azərbaycanın milli idman növüdür və burada yaxşı nəticələrimiz var. Bunları nəzərə alaraq, güləşin ilk dəfə bu yarışın tərkibinə daxil edilməsini istədik və buna nail olduq. Ona görə də gənc güləşçilərimizdən bu yarışda uğurlu nəticə gözləyirik”.

Qeyd edək ki, əslində 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında da 10 idman növü üzrə mübarizə gedib. Sadəcə olaraq, həmin turnirdəki kanoe yarışı Azərbaycanda güləşlə əvəz olunub.

Onu da bildirək ki, Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində güləş yarışları 21-23 iyul tarixlərində yunan-Roma, qadın və sərbəst güləş üzrə keçiriləcək. Hər güləş növündə altı çəki dərəcəsi olmaqla 18 medal dəsti sahibini tapacaq. İlk gündə dörd, ikinci və üçüncü günlərin hər birində yeddi qalib müəyyənləşəcək. Güləş yarışları Heydər Əliyev adına İdman Arenasında baş tutacaq.

Xatırladaq ki, bir həftəlik yarışlar zamanı 135 medal dəsti idmançılara təqdim olunacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri