23 
Avq
2019
12:07
184
30
4366
Virtual karabakh

Futbolçumuz Küveyt klubuna transfer oldu - FOTO

23 Avq, 2019
12:07
4366

Futbolçumuz Küveyt klubuna transfer oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer edib. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödənilib. Klub saytı müqavilənin keçidini açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, Kamalla bir illik müqavilə imzalanıb.

Yayda Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənmişdi.

Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal "AZAL", "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri