14 
Sen
2019
10:34
512
43
13399
Virtual karabakh

Dünya çempionumuz peşəkar boksa nokautlu qələbə ilə başladı

14 Sen, 2019
10:34
13399

Dünya çempionumuz peşəkar boksa nokautlu qələbə ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın həvəskarlar arasında üçqat dünya çempionu, Olimpiya mükafatçısı olan boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşünü keçirib.

Oxu.Az xəbər verir ki, 32 yaşlı boksçu Nyu-Yorkda amerikalı Ed Fauntinlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə başa çatıb. O, döyüşün dördüncü raundunda rəqibini texniki nokautla məğlub edib.

Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli müqavilə imzalayan M.Məcidov tanınmış promouter Edi Heynlə çalışır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri