Noy
2019
15:16
49
136
3479
Virtual karabakh

Sürücülük məktəbində işləyən müəllim “Qarabağ”ın oyununa hakim təyin olundu - FOTO/VİDEO

4 Noy, 2019
15:16
3479

Sürücülük məktəbində işləyən müəllim “Qarabağ”ın oyununa hakim təyin olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Kipr APOEL-i ilə UEFA Avropa Liqasındakı matçının baş hakimi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, noyabrın 7-də Kiprin paytaxtı Nikosiada keçiriləcək görüş avstriyalı referi Manuel Şütenqruberə həvalə olunub.

36 yaşlı Şütenqruber indiyədək nə Kipr, nə də Azərbaycan təmsilçilərinin görüşlərində baş hakimlik edib.

Bir maraqlı məqamı da qeyd edək ki, Manuel Şütenqruber Avstriyanın sürücülük məktəbində işləyir. O, Lints şəhərində fiziki məhdudiyyəti olan insanların maşın sürməsinə kömək edir. Referi A, B, BE və F sürücülük kateqoriyalarının verilməsi üzrə müəllimliklə məşğuldur.

Qeyd edək ki, Manuel Şütenqruberə Bakı vaxtı ilə saat 21:55-də başlayacaq bu matçda Roland Brandner, Robert Ştaynaxer və Xristofer Yoqer kömək edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri