18 
Noy
2019
13:02
228
19
1715
Virtual karabakh

İlham Zəkiyev: 99 faiz Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişəm

18 Noy, 2019
13:02
1715

İlham Zəkiyev: 99 faiz Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıda əsas yarışım Tokio Paralimpiya Oyunlarıdır. Düzdür, buna qədər iki yarışım olacaq. Biri  apreldə İngiltərədədir, digəri may ayında Bakıdadır. Hər ikisi Paralimpiya Oyunlarına lisenziya verən Qran-Pri yarışlarıdır.

Bunu Oxu.Az-a açıqlamasında para-cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionumuz İlham Zəkiyev deyib.

O bildirib ki, demək olar, Paralimpiya Oyunlarına vəsiqəni qazanıb: 

“Dünya reytinqinə əsasən 99 faiz Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişəm. Amma qeyd etdiyim iki yarışda iştirak edib, reytinqdə daha yuxarı çıxmalıyam. Belə olan halda Paralimpiya Oyunlarının püşkatması zamanı ilk turlarda nisbətən zəif rəqiblərlə qarşılaşacağam”.

Qeyd edək ki, 100 kq-dan artıq çəkidə mübarizə aparan İlham Zəkiyev hazırda dünya reytinqində 980 xalla üçüncü sıradadır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri