18 
Noy
2019
17:53
197
34
6454
Virtual karabakh

Braziliya dünya çempionu oldu - VİDEO

18 Noy, 2019
17:53
6454

Braziliya dünya çempionu oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın futbol üzrə U-17 millisi dünya çempionatının kubokuna sahib olub. 

Oxu.Az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət milli komandaların final görüşündə braziliyalılar meksikalı həmyaşıdlarına 2:1 hesabı ilə qalib gəliblər. 

Braziliyada keçirilən turnirin bürünc medalları Hollandiya üzərində 3:1 hesabı ilə qələbə qazanan Fransa komandasına qismət olub.

Qeyd edək ki, 1985-ci ildən bəri keçirilən dünya çempionatında Braziliya U-17-si dördüncü dəfə (1997, 1999, 2003 və 2019) qızıl medal qazanıb. Braziliya bu göstərici beş dəfə dünya çempionu olmuş Nigeriyaya uduzur. Lakin qazanılan medalların sayına görə Braziliya afrikalılara çatıb. Hər iki komanda bu dünya çempionatında səkkiz dəfə medal qazana bilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri