30 
Noy
2019
11:28
60
187
4001
Virtual karabakh

Rafael Ağayev ilk dəfə Premyer Liqadan əliboş qayıdacaq

30 Noy, 2019
11:28
4001

Rafael Ağayev ilk dəfə Premyer Liqadan əliboş qayıdacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə Premyer Liqa yarışı start götürüb.

Oxu.Az xəbər verir ki, 17 idmançımızdan altısı mübarizəyə qoşulub.

Lakin yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal qazanmaq şansı əldə edib. Ən gözlənilməz məğlubiyyət Rafael Ağayevdə (-75 kq) olub. O, ilk görüşündə serbiyalı Lyubişa Mariçə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu isə o deməkdir ki, Rafael Ağayev ilk dəfə Premyer Liqa turnirindən medalsız qayıdacaq.

Ümumiyyətlə, 75 kq çəki dərəcəsində iddialılar finala çıxa bilməyib. Yaponiyalı Ken Nishimura, iranlı Bəhmən Əsgəri Qönçə, ukraynalı Stanislav Qoruna və özbək Dastanbəy Atabalayev uduzaraq medalsız qalıblar. Finala isə qazaxıstanlı Yermek Aynəzərovla fransalı Loqan da Kosta çıxıb. 

Digər idmançılarımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) da mübarizəni medalsız başa vurub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri