“Qızıl top”un təqdimetmə mərasimi bu il daha bir mükafatla yeniləndi.
Oxu.Az xəbər verir ki, “France Football” jurnalının təsis etdiyi Lev Yaşin mükafatı ilk sahibini tapıb.
“Liverpul” klubunun və Braziliya millisinin qolkiperi Alisson Beker bu mükafata və 2019-cu ilin ən yaxşı qapıçısı adına layiq görülüb.
Alisson ötən mövsümdə “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olub, Braziliya yığması ilə isə Amerika Kubokuna sahib çıxıb. Mükafat uğrunda mübarizədə o həmyerlisi Edersonu (“Mançester Siti”) və almaniyalı Mark-Andre Ter Stegeni (“Barselona”) qabaqlayıb.
Alisson is the very first #yachinetrophy! 🧤 #ballondor pic.twitter.com/7Z2REMmxUE
— #BallondOr (@francefootball) 2 декабря 2019 г.