Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı - FOTO
Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mükafatlandırma mərasimində yeddi nominasiya üzrə qalib müəyyənləşib.
Əvvəlcə İAM-ın rəhbəri Elşən Məmmədov çıxış edərək yeddinci dəfə bu tədbiri keçirdiklərini və idmançılarımızın il ərzində qazandıqları nəticələrdən danışıb.
O bildirib ki, qaliblər 56 idman jurnalistinin iştirak etdiyi səsverməyə əsasən müəyyənləşib. Həmin yeddi qalib bunlardır:
İlin idman xadimi - Mahir Məmmədov (FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu - Bakı Olimpiya Stadionu
İlin futbolçusu - Emil Balayev (Milli komandamızın və Qazaxıstanın “Tobol” klubunun qapıçısı)
İlin əcnəbi futbolçusu - Abdullah Zubir (“Qarabağ”ın yarımmüdafiəçisi)
İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı - Teymur Rəcəbov (şahmat)
Bundan başqa, xüsusi mükafatlar da verilib:
“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov (“Neftçi”)
Səbuhi Musayev
"Abdullah Zubir" teqi üzrə xəbərlər
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır
- "Qarabağ" Zubirlə bağlı qərarını verdi
- Fransalı futbolçu "Qarabağ"la yollarını ayıracaq?
- “Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu - YENİLƏNİB + VİDEO
- Azərbaycan futbolunun tarixi gecəsi: “Qarabağ” Almaniyada möcüzə axtarışında - ŞƏRH