Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb - FOTO
Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir sona yetib.
Oxu.Az xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.
Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış edib.
Yekun nəticəyə əsasən “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan “Arpaçay” klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan “Paşayev” (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə, beş ölkədən 22 beynəlxalq hakim idarə edib.
"Bakı" teqi üzrə xəbərlər
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?