14 
Fev
2020
19:15
171
19
3035
Virtual karabakh

Ayşən Abduləzimova Macarıstan kubokunu qazandı - FOTO

14 Fev, 2020
19:15
3035

Ayşən Abduləzimova Macarıstan kubokunu qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybol yığmamızın kapitanı Ayşən Abduləzimova şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu ilə ilk titulunu qazanıb. 

Oxu.Az xəbər verir ki, 27 yaşlı blokçunun komandası ölkə kubokunun finalında “Nyiredhaza”nı 3:1 hesabı ilə məğlub edərək, qalib adına yiyələnib.

Matçda 21 xal toplayan Abduləzimova ötən il “Vaşaş”la Macarıstan çempionatının bürünc mükafatçısı olub. Onun bu il qızıl və ya gümüş medal qazanmaq şansı da var. Belə ki, “Vaşaş” hazırda Macarıstan çempionatında 15 turdan sonra 30 xalla üçüncü pillədə qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri