17 
Fev
2020
12:21
52
58
2244
Virtual karabakh

“Sabah” işarə vurdu: Ramil Şeydayev Azərbaycana qayıdır - VİDEO

17 Fev, 2020
12:21
2244

“Sabah” işarə vurdu: Ramil Şeydayev Azərbaycana qayıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Ramil Şeydayev yenidən Azərbaycanda oynayacaq.

Oxu.Az xəbər verir ki, o, karyerasını “Sabah” klubunda davam etdirəcək.

Sərbəst oyunçu statusunda olan Ramil Şeydayevin Bakı klubu ilə mövsümün sonunadək müqavilə bağlayacağı gözlənilir. 19 xalla VI sırada olan “Sabah” klubu sosial şəbəkə hesabında yeni transferinin adını açıqlamasa da, onu əzmkar, mübariz, möhkəm, iradəli, çevik, inadkar və sərrast oyunçu kimi təsvir edib.

Futbolçunun 2017/18 mövsümündə “Qarabağ”da oynadığı dövrdə 90 nömrəli, həmçinin Moskva “Dinamo”sunda 99 nömrəli formanı geyinməsi də videoməlumatda çatdırılıb.

Qeyd edək ki, Rusiyanın “Dinamo” klubunun yanvarda müqaviləsinə xitam verdiyi Ramil Şeydayevin “Neftçi”yə keçəcəyi deyilirdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri