Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Şerif”in baş məşqçisi: “İndi də deyirəm ki, Azərbaycanın ən yaxşı futbolçusu Qara Qarayevdir”
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” (2:1) oyunundan sonra mətbuat konfransı keçirilib.
Oxu.Az-ın müxbiri Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:
- Oyundan əvvəl A və B planlarımızın olduğunu dedim. İlk qolda ilk səhv penalti ilə nəticələndi və ardından oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsini arzulayıram.
- “Qarabağ”ın güclü tərəfləri nələr idi?
- “Qarabağ”ın çox yaxşı futbolçuları var, hücum xətti güclüdür. Bunu oyundan əvvəl də demişdim. “Qarabağ” topa nəzarət edirdi. Penalti epizoduna qədər başabaş mübarizə apardıq. İkinci hissədə hücum oyunçularını meydana buraxdıq, irəlidə dərinlik yaratmaq istədik.
- “Şerif”in futbolçuları bu gün oyundan daha çox rəqib oyunçularını təpikləməklə məşğul idilər. Çempionlar Liqası bir tərəfə, Moldova çempionluğunu belə oyunla qazanmısınız?
- Mən də hücum futbolu istəyərdim. Amma bugünkü oyunu antifutbol saymıram. Taktikanı rəqibə görə qurursan.
- Oyun zamanı hakimin qərarına tez-tez reaksiya göstərirdiniz. İsti başla olan hərəkətlər idi, yoxsa hakimlikdən narazı qaldınız?
- Oyundan sonra hakimlik haqda danışmaq düzgün deyil. Ola bilsin ki, mən yanlış görürəm və ya hakim də səhv edə bilər.
- Qırmızı vərəqə alan futbolçu cərimələnəcək?
- Hazırda başım alovludur. Bu barədə düşünmürük.
- Matçdan əvvəl Qara Qarayevi xüsusi vurğulamışdınız. İndi necə, fikriniz dəyişməyib?
- Mənim üçün hələ də Azərbaycanın ən yaxşı futbolçusu odur. Topa nəzarət edir, müdafiədə diqqətlidir. Bir neçə il əvvəl olduğu kimi.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər