20 
Okt
2020
11:34
483
13
4203
Virtual karabakh

Dağlıq Qarabağ münaqişəsi: Azərbaycanın mütənasib və qabaqlayıcı cavab vermək hüququ - VİDEO

20 Okt, 2020
11:34
4203

Dağlıq Qarabağ münaqişəsi: Azərbaycanın mütənasib və qabaqlayıcı cavab vermək hüququ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fərhad Mirzəyevin və Fərid Əhmədovun Bakının beynəlxalq hüquqi mövqeyi barədə

Dünya, Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi, raket atəşi nəticəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərinə, o cümlədən Gəncə şəhərində mülki əhaliyə hücumlar fonunda Azərbaycanın reaksiyasını gözləməkdə davam edir.

Bu məsələni aydınlaşdırmaq və Azərbaycanın beynəlxalq hüquqi mövqeyinə aydınlıq gətirmək üçün iki müstəqil beynəlxalq azərbaycanlı vəkillər - Fərhad Mirzəyev və Fərid Əhmədova müraciət etdik.

Müəlliflərdən birinin qeyd etdiyi kimi, onun daha əvvəlki yazılarında Ermənistanın Dağlıq Qarabağ ərazilərini və Azərbaycanın yeddi rayonunu işğal etmiş təcavüzkar kimi tanınması qeyd olunub.

Bu, Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 822, 853, 874, 884, BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085, o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrində açıq şəkildə təsdiqlənib mişdir.

Həmçinin Avropa Birliyi Parlamentinin 21/9, 25/9, 10/11, 10/37, 9/39, 10/42, 10/43, 4/43 və İslam Əməkdaşlıq Təşkilatının  (İƏT) 12/46 qərarları ilə öz təsdiqini tapmışdır.

Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası “Çıraqov və digərləri Ermənistana qarşı”, Zalyan, Sarkisyan və Serobyan Ermənistana qarşı (2007-ci il), Muradyan Ermənistana qarşı (2016-cı il) işlərində Dağlıq Qarabağın bütün ərazisi və bitişik işğal olunmuş yeddi bölgəyə “təsirli nəzarət” edərək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını təsdiq etdi.

Azərbaycan ərazilərinin davamlı işğalı 1994-cü ildə tərəflərin hərbi əməliyyatların dayandırılmasına dair Bişkek Protokolunu imzalanan andan bəri davam edir.

Beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın Ermənistan tərəfinin mövcud və davam edən təcavüzünə cavab olaraq zəruri və mütənasib cavab tədbirləri görmək hüququ vardır.

27 sentyabr 2020-ci il tarixində başladılan, Azərbaycan tərəfindən həyata keçirilən hərbi əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində Azərbaycan ordusunun mövqelərinə, habelə mülki obyektlərinə 2020-ci ilin iyul-sentyabr aylarında həyata keçirilən çoxsaylı hücumlara cavab idi.

Burada söhbət Ermənistanın Müdafiə nazirinin doktrinasından - Azərbaycanı sülhə məcbur etmək və ərazilərinin işğalını qəbul etdirmək müqabilində yeni ərazilərin fəthi ilə bağlı “Tonoyanın doktrinası”ndan gedir.

Beynəlxalq hüquq özünümüdafiə kimi adekvat və mütənasib cavab verməyə icazə verdiyi üçün Azərbaycan Dağlıq Qarabağın işğal olunmuş ərazilərində və ona bitişik yeddi rayonda hərbi əməliyyatlara başlayıb.

Bu, beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin uzunmüddət davam edən işğalına adekvat və mütənasib  cavab idi.

Beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan da Ermənistan ərazisindən gələn istənilən hərbi təcavüzə adekvat və mütənasib cavab almaq hüququna malikdir.

Yəni, Azərbaycan mövqeləri və ya mülki obyektləri (dinc yaşayış məntəqələri də daxil olmaqla) Ermənistan ərazisindəki silahlı qüvvələr tərəfindən hədəf alınırsa, Azərbaycanın tam hüququ vardır ki, adekvat və mütənasib cavab versin.

Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki obyektlərə hücum Ermənistan ərazisindən həyata keçirilirsə, Azərbaycanın Ermənistanın təcavüz və təhdid mənbəyi olan hərbi ərazilərini və hərbi infrastrukturunu məhv etmək hüququ vardır.

Xüsusi olaraq vurğulayırıq ki, burada söhbət onsuz da mövcud olan təcavüzə cavab olaraq özünümüdafiə hüququndan gedir.

Təcavüzə məruz qalan dövlətin mütənasib və adekvat cavab vermə hüququ Beynəlxalq Ədalət Məhkəməsinin Nikaraqua ABŞ-a qarşı (Military and Paramilitary Activities in and against Nicaragua) məhkəmə işində açıq şəkildə təsdiq edilmişdir.

İşğal olunmuş ərazilərdə mülki şəxslərin təsadüfən ölümü və mülki obyektlərin zədələnməsi məsələləri beynəlxalq hüquqda “təsadüfi zərər”(collateral damage), anlayışına daxildir, bu isə təyin olunmuş hərbi hədəflərə hərbi hücum zamanı təsadüfən yaranan zərər deməkdir.

Bənzər ziyan əks tərəfin ərazisindəki mülki əhaliyə və əmlaka da deyə bilər.

Silahlı münaqişə zamanı mülki şəxslərin təsadüfən ölümü beynəlxalq humanitar hüquqa görə müharibə cinayətləri kateqoriyasına aid deyildir.

Müharibə edən tərəflərin bəzi mülki insanları öldürdüyü ehtimal edilərək hərbi hədəflərə mütənasib zərbələr endirməsi beynəlxalq humanitar qanunlara əsasən mümkündür.

Baxın Azərbaycan necə hərəkət edir! Bütün hərbi əməliyyatlar dəqiq xarakteri daşıyır və hədəf kimi yalnız hərbi obyektlər və infrastruktur nişana alınır.

Eyni zamanda, hərbi əməliyyatın başlandığı ilk günlərdən özünümüdafiə hüququnu həyata keçirməsi çərçivəsində Azərbaycanın beynəlxalq humanitar hüququn bütün tələblərinə və təlimatlarına ciddi əməl etdiyini vurğulamaq çox vacibdir.

Hərbi əməliyyatların ilk günlərindən etibarən Azərbaycan Müdafiə Nazirliyi işğal olunmuş ərazilərin mülki əhalisini təhlükəsiz məsafədə saxlamağı və hərbi obyektlərdən uzaq olmağı barədə xəbərdarlıq edib və mülki şəxslərin hərbi əməliyyatlar səhnəsindən çəkilməsi üçün humanitar dəhlizin verilməsinin zəruriliyi bəyan edib.

Mülki insanlara və obyektlərə silahlı hücumların qəsdən olmaması çox vacibdir. Bu beynəlxalq humanitar qanunla qadağandır və bu cür hərəkətlər olarsa, bu artıq beynəlxalq hüququn başqa bir sahəsinə - beynəlxalq cinayət hüququna aid olur. Mülki şəxslərə və obyektlərə qarşı bu cür qəsdən fəaliyyət (necə ki, hazırda Ermənistan tərəfindən Gəncədə, Goranboy, Tərtər, Daşkəsən, Naftalanın sərhəd kəndlərində, Xızı və hətta Abşeronda (son ikisi Bakı yaxınlığında yerləşir) dinc sakinlər atəşə tutulur və öldürülür) hərbi cinayət sayılır.

Belə hallarda, beynəlxalq birlik müvəqqəti beynəlxalq cinayət məhkəmələri (xəstəxanalar və məktəblər kimi mülki obyektlərin qəsdən məhv edildiyi keçmiş Yuqoslaviyada olduğu kimi) yaradır. Beynəlxalq hüquqa uyğun olaraq, bu cür cinayətlərdə günahkar olanların hamısı ədalət qarşısında mühakimə olunmalıdır.

Beynəlxalq hüququn tələbləri çərçivəsində fəaliyyət göstərən Bakıdan fərqli olaraq, Ermənistan hədəf olaraq Azərbaycanın mülki vətəndaşlarını seçib.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsindən bəhs edən maddənin özü, silahlı hücumun baş verməsi hallarında özünümüdafiə hüququnu açıq şəkildə müəyyənləşdirir. 30 ildir ki, Ermənistanın davamlı təcavüzü və təmas xətti boyunca son hücumlarını, habelə dinc sakinlərə və mülki obyektlərə qarşı sistemli hücumlarını nəzərə alsaq, Azərbaycan 51-ci maddəyə tamamilə əsaslı və qəti şəkildə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə başlayıb.

14 oktyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazilərindəki Azərbaycan şəhərlərində mülki obyektlərə və dinc sakinlərə zərbə vurmaq niyyətində olan raket bölmələrinin məhv edildiyi barədə məlumat yaydı və bunu nümayiş etdirdi. Əvvəllər Gəncə və digər şəhərlərə raket hücumlarının olduğunu nəzərə alsaq, Nizamnamənin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın fəaliyyətləri qanuni sayılır. Bununla birlikdə, Azərbaycan Müdafiə Nazirliyi bunun düşmən mövqelərinə qarşı qabaqlayıcı zərbə olduğuna əsaslanıb.

Burada Azərbaycana Ermənistandakı qanuni hədəflərə qarşı bu cür qabaqlayıcı zərbələr endirmək hüququ verən beynəlxalq hüquqi əsas barədə sual yarana bilər.

Qeyd etmək lazımdır ki, dövlətlərin beynəlxalq hüquqa görə özünümüdafiə hüququ yalnız BMT Nizamnaməsinin 51-ci maddəsi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq ənənəvi hüquqa uyğun olaraq təmin edilir. Beynəlxalq ənənəvi hüquqda özünümüdafiə hüququnun məzmununun BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan mənadan daha geniş olduğu diqqət çəkir. Məsələn, BMT Nizamnaməsində “silahlı hücum” tərifi yer almır və istifadə olunan gücün nisbətliliyinə dair suallar nəzərdə tutulmur. Ancaq bu məsələlər, beynəlxalq adi hüquqla tənzimlənir, hansı ki, həmçinin BMT-nin Beynəlxalq məhkəməsi tərəfindən “Nikaraqua ABŞ-a qarşı” işində təsdiqlənmişdir.

Bundan əlavə, BMT Nizamnaməsinin 51-ci maddəsinin mətnində yer alan “ayrılmaz hüquq” kimi bir terminin olması, özünümüdafiə hüququnun BMT Nizamnaməsi sayəsində mövcud olmadığını, əksinə dövlətlərin Nizamnamə qəbul edilməzdən əvvəl də istifadə etdikləri tamamilə təbii bir hüquq olduğunu təsdiqləyir. BMT Nizamnaməsinin 51-ci maddəsinin fransızca mətnində “droit naturel” ifadəsi istifadə olunur ki, bu da sözün əsl mənasında “təbii hüquq” kimi tərcümə olunur və özünümüdafiə hüququnun Nizamnamənin sözügedən maddəsinin mətnində nəzərdə tutulmuş özünümüdafiə hüququndan əvvəl mövcud olduğu anlayışını dəqiqliklə əks etdirir.

Ənənəvi beynəlxalq hüquqda özünümüdafiə hüququnun əsas mahiyyəti ABŞ Dövlət Katibi Vebsterin (“Vebster Formulu”) “Karolina məsələsi” (“Caroline Affair”) ilə əlaqədar Böyük Britaniya səfiri Henri Foksa ünvanlanan məktubda öz əksini tapıb. Beləliklə, məktubda britaniyalı hərbçilərin Amerikanın “Karolina” gəmisinə gecə saatlarında gəminin heç bir təhlükə yaratmadığı zaman hücum etməsi özünümüdafiə hüququ ilə əsaslandırıla bilməz. Ənənəvi beynəlxalq hüquqda qəbul edilmiş “Vebster Formulu” özünümüdafiə üçün müraciət edə biləcəyi dörd əsas şərti müəyyənləşdirir: Özünümüdafiə ani, sarsıdıcı olmalı, başqa yol olmamalı və düşünmək üçün vaxt qalmamalıdır. Bu şərtlər ənənəvi beynəlxalq hüquqda “qabaqlayıcı özünü müdafiə şərtləri” (“pre-emptive self-defence”) kimi qəbul edilir. Nürnberqdəki Beynəlxalq Hərbi Tribunal (Nürnberq Hərbi Tribunal) açıq şəkildə Vebsterin “Karolin hadisəsi”ndə bəhs etdiyi şərtlər altında xarici ölkə ərazisindəki qabaqlayıcı hərəkətə icazə verildiyini açıq şəkildə bildirib.

Qeyd etmək lazımdır ki, “qabaqlayıcı özünümüdafiə hüququ” müxtəlif ballistik raketlər və kütləvi qırğın silahları da daxil olmaqla müxtəlif növ silahların təkmilləşdirilməsi baxımından dövlətlərin sonrakı təcrübəsində də öz əksini tapıb. BMT Nizamnaməsinin 51-ci maddəsinin dövlətlərin praktikası ilə gücləndirilmiş təfsiri də burdandır.

Məsələn, ABŞ ərazisində 11 sentyabr 2001-ci il tarixində terror hücumlarından sonra, həmçinin Birləşmiş Ştatların ərazisinə hücumun tamamlandığı üçün onlar ərazilərinə hücum təhlükəsi nöqteyi- nəzərindən tam olaraq özlərini müdafiə etmə hüququna istinad etdilər. Diqqətəlayiqdir ki, bu, ABŞ-ın tək tərəfli bir hərəkəti deyil, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış və BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn 1368 (2001) saylı Qərarı ilə təsdiq edilmişdir.

Bundan irəli gələrək, Ermənistan ərazisindəki raket sistemlərinin məhv edilməsi, qabaqlayıcı bir hərəkət olaraq, bu cür zərbələr üçün beynəlxalq qanuna uyğun tələblərə tam cavab verir. Qeyd etmək lazımdır ki, düşmən raketlərinin məhv edildiyi dövrdə artıq Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə zərbələr endirilmişdi, yəni hücumun təsdiqlənmiş faktı var idi, həmçinin Azərbaycan tərəfi yaxınlaşmaqda olan yeni hücum barədə dəqiq məlumatlara sahib idi. Müvafiq sübutlar Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə komissiyası tərəfindən müvafiq beynəlxalq təşkilatlara təhvil verilib. Raketlər döyüş hazırlığına gətirildiyi anda dərhal məhv edilib, hücum təhlükəsi “ani və sarsıdıcı” olub, “başqa yol və düşünmək üçün zaman” yox idi, beləliklə də Bakının Azərbaycana real təhlükə olan Ermənistan ərazisində legitim hədəfləri məhv etmək üçün tam beynəlxalq hüquqi əsası var idi.

Müəlliflər barədə:

Fərhad Mirzəyev Britaniyanın aparıcı beynəlxalq hüquqşünası olan Malkolm Şounun rəhbərliyi ilə Lester Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini müdafiə edib, bununla da Böyük Britaniyada beynəlxalq ictimai hüquqla bağlı doktorluq dərəcəsi alan ilk azərbaycanlı olub. Eyni zamanda Kembric və Harvard Universitetlərinin iqtisadiyyat və hüquq sahələrində müxtəlif disiplinlər və proqramlar üzrə məzunudur. Təcrübəli beynəlxalq hüquqşünas, “BM Morrison Partners” (Böyük Britaniya) beynəlxalq hüquq firmasının baş tərəfdaşı, yüzdən çox elmi məqalənin, beynəlxalq hüququn müxtəlif məsələlərinə dair tədqiqatların və monoqrafiyaların müəllifidir.

Fərid Əhmədov aparıcı beynəlxalq vəkil Van Lounun rəhbərliyi altında Oxford Universitetində(Böyük Britaniya) hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlıdır. 2010-2011-ci illərdə bu universitetdə beynəlxalq hüquqdan dərs demişdir. Azərbaycanın ADA Universitetində dosentdir və burada beynəlxalq ictimai hüquqdan dərs deyir. Beynəlxalq hüququn aktual mövzularına dair bir kitabın və bir sıra elmi məqalələrin müəllifidir.

svpressa.ru

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri