Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kayseridə Xocalı abidəsinin açılış mərasimi keçirildi - FOTO/VİDEО
Türkiyənin Kayseri şəhərində Xocalı Şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan və Rusiya Federasiyasının millət vəkilləri, Kayseri valisinin köməkçisi Nail Anlar və sair rəsmi şəxslər iştirak ediblər.
Abidənin açılışında çıxış edən Rusiya Dövlət Duması nümayəndəsi və Siyasi Araşdırmalar İnstitutunun müdiri Ramin Qasımov, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım Xocalı qırğınını törədənlərə ən ağır cəza tələb ediblər.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Azərbaycan və rus millət vəkilləri ilə birlikdə abidənin qarşısına qırmızı qərənfillər qoyub.
“Allah böyük gardaş Türkiyəni var etsin. Belə bir faciəni kimsənin başına gətirməsin. Xocalıda insanları arxadan vurdular. Qanlı faciəni yenidən xatırlayaraq sizi çox üzmək istəmirəm, amma bu, tarixə düşən ən qanlı faciədir.
Xocalı qırğını, soyqırım sözünün tam mənasıdır. Təəssüf ki, faciəni törədənlər bu gün Ermənistan dövlətinin rəhbərliyindədir”, - Əli Həsənov çıxışında deyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər