10 
Dek
2018
09:00
143
22
2907
Virtual karabakh

İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq

10 Dek, 2018
09:00
2907

İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər hüceyrələrin “təkrar proqramlaşdırılmasının” yolunu çoxdan tapıb. Asan anlaşılan dildə, hər hansı mürəkkəb termin işlətmədən  izah etsək, proses zamanı bir növ hüceyrədən başqa növ hüceyrələr yaratmaq olar. Bu isə bir çox hallarda faydalı ola bilər.

Məsələn,  bu yaxınlarda İsveçin Lunds Universitetindən olan tədqiqat qrupu insan dərisindən götürülmüş hüceyrələri “təkrar proqramlaşdıraraq” onları immun hüceyrələrinə çevirməyə nail olub. Alimlər əmindir ki, bu metod onkoloji xəstəliklərlə mübarizədə həlledici rol oynaya bilər.

Oxu.Az xəbər verir ki, bu haqda “Science Immunology” jurnalında məqalə dərc olunub.

İsveç alimləri tədqiqatın gedişində dendrit hüceyrələr əldə edib. Dendrit hüceyrələr onurğa-beyni mənşəli anti-gen təmsiledicilərin heterogen populyasiyasıdır. Bu, o anlama gəlir ki, belə komplekslərin səthindəki yad agentləri ( xüsusilə orqanizmə təhdid olan agentləri) aşkarlamaq xüsusiyyəti var. Təmas zamanı hüceyrələr belə “yadları” işarələyir və sonradan digər immun hüceyrələr, daha dəqiq desək, T-limfositlər onları aşkarlayaraq məhv edir.

Ekspertlər dendrit hüceyrələrin diferensiasiyası prosesində iştirak edən üç vacib faktoru - PU.1, İRF8 və BATF3-ü müəyyənləşdirib. Bunun əsasında fibroplastların birləşdirici toxumalarının hüceyrələrindən “fərdi” dendrit hüceyrələri hasil etmək mümkün  olub. Belə dendrit hüceyrələr karsogen (şişli) agentlərin təsirinə qarşı davamlı olur.

“Şişlər, adətən, unikal mutasiya xüsusiyyətinə malik olur ki, bu da onların immun sistemi tərəfindən tanınmasını çətinləşdirir. Beləcə, adi hüceyrələri dendrit hüceyrələrə çevirməklə xərçəngə qarşı “fərdi” peyvənd hazırlamaq mümkün ola bilər”, - deyə tədqiqat qrupunun üzvü Karlos Pereyra bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri