Mar
2019
10:37
94
30
6216
Virtual karabakh

Dünyanın ən gəzməli-görməli yerləri açıqlandı - FOTO

5 Mar, 2019
10:37
6216

Dünyanın ən gəzməli-görməli yerləri açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevilya şəhərində yerləşən İspaniya meydanı dünyanın ən gəzməli-görməli yeri elan olunub.

Bu barədə “Stasher” məlumat yayıb.

Baqajların saxlanılması üzrə onlayn xidmət turistlər arasında populyar olan 99 gəzməli-görməli yerin siyahısını hazırlayıb.

Reytinq cədvəlinin tərtibatı zamanı analitiklər turist rəylərini, nəqliyyatın keyfiyyət səviyyəsini, təhlükəsizlik səviyyəsini, “Instagram” postlarındakı xatırlamaları və digər faktorları təhlil edib.

İlk beşliyə İspaniya meydanı ilə yanaşı, İsveçrənin Matterhorn dağı, Fransanın Pü-dü-Fu tarixi yenidənqurma parkı, İspaniyanın Kordova məscidi, həmçinin, Əbu-Dabinin Şeyx Zeyd Böyük Məscidi daxil edilib.

Onluqda Amsterdamın Van Qoq muzeyi, İslandiyanın Mavi laqunu (dənizdən ayrılmış kiçik göl – red.), Qədim Yunan Akropolu, Macarıstan parlament binası, ABŞ-ın Qreyt-Smoki-Mauntins Milli parkı yer alır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri