24 
Sen
2020
10:13
367
52
2045
Virtual karabakh

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

24 Sen, 2020
10:13
2045

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel qurumun Aleksandr Lukaşenkonun inauqurasiyasını və yeni prezidentlik müddətini tanımadığını, həmçinin Belarusla münasibətlərə yenidən baxılacağını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı 9 avqustda keçirilmiş “saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayıb”.

“Bu əsasda Aleksandr Lukaşenkonun iştirak etdiyi 23 sentyabrdakı qondarma inauqurasiya və yeni mandat kifayət qədər demokratik legitimliyə malik deyil”, - deyə J.Borrelin bəyanatında qeyd olunub.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidən sonra ölkədə nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Müxalif namizədlərə aid bütün seçki qərargahları seçki nəticələrini tanımadığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri