24 
Noy
2020
18:38
60
638
3994
Virtual karabakh

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

24 Noy, 2020
18:38
3994

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı işinə kömək üçün məqsədyönlü şəkildə 2 milyon avroluq könüllü töhfəni yönəltmək təklifini dəstəkləyib.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya-24” telekanalına açıqlamasında deyib.

Bölgənin humanitar ehtiyaclarından bəhs edən Lavrov Moskvanın ilk növbədə BMT sistemində bir çox beynəlxalq təşkilatlarla, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıq, Humanitar məsələlər üzrə koordinasiya bürosu, UNESCO, Uşaq Fondu, Dünya Qida Proqramı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə gündəlik işini qeyd edib.

Nazir həmçinin Bakı və İrəvanda fəaliyyətini əsla dayandırmayan BQXK-ya xüsusi təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri