Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniyada sel səbəbiylə hərbi fəlakət rejimi tətbiq edilib - VİDEO
Almaniyada təbii fəlakət baş verib.
Almaniya Müdafiə Nazirliyi respublikanın qərbində hərbi fəlakət rejimi elan etdi.
Bu barədə “Deutsche Welle” xəbər yayıb.
“Müdafiə Nazirliyi çətin vəziyyətə görə hərbi fəlakət rejimi tətbiq edib. Bu qərarı nazir Annegret Kramp-Karrenbauer verib”, - məlumatda bildirilir.
Hesab olunur ki, yeni rejim baş verənlərə daha sürətli reaksiya göstərməyə imkan verəcək. Hərbi departament, Bundesverin 850 əsgərinin fəlakətlə mübarizə üçün göndərildiyini vurğulayıb.
İyulun 12-dən Almaniyanın qərbində və cənub-qərbində, eləcə də Belçikada başlayan leysan yağışları qurbanlar və itkin düşənlərlə nəticələnib. Son məlumatlara görə Almaniyada daşqın təxminən 100 nəfərin ölümünə səbəb olub.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər