Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, ənənəvi olaraq, faciənin ildönümü ilə əlaqədar xiyabanın girəcəyində Hüzn Günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılacaq.
Bu işlərə, adətən, təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunurlar.
Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Daha çox foto burada: PhotoStock.az
"Şəhidlər xiyabanı" teqi üzrə xəbərlər
- SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir
- WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"
- Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Fransa müstəmləkələrindən olan jurnalistlər Şəhidlər xiyabanını ziyarət ediblər
- Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib