Bu axşam Bakıda, aeroport yolu, Zığ şössesində ağır yol qəza hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, qəza zamanı iki “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə sərnişinlərdən biri Ramazanov Əhməd ağır yaralanıb.
Qəza yerinə təcili tibbi yardım maşınları, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Qəzaya uğramış avtomobillər ərazidən evakuasiya edilib.