Bakıdan olan həkim Məmmədəli Quliyev “Nə? Harada? Nə Zaman?” verilişində “Azərbaycan burgeri” ilə bağlı sualla klubun intellektuallarına qalib gəlib.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, M.Quliyev rəssam Fərhad Fərzəliyevin Bakı restoranlarındakı müşahidələr əsasında yaratdığı “Azərbaycan burgeri” adlı instalyasiyanın inqrediyentlərini sadalamağı xahiş edib.

“Azərbaycan burgeri”
İntellektuallar suala səhv cavab verərək uduzublar. Quliyev isə 90 min rubl məbləğində mükafat qazanıb.
S.B.
www.oxu.az