Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb.
FHN-dən Oxu.Az-a bildirilib ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.
18:10
Bakının Binəqədi rayonu ərazisində yanğın təkər tullantıları sexində qeydə alınıb.
Bu barədə FHN-dən Oxu.Az-a daxil olan məlumatda bildirilir.
Hazırda qurumun yanğın bölmələri alovun qarşısını almağa çalışır.
17:45
Sosial şəbəkələrdə Bakıda güclü yanğnın başladığını əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərə əsasən, yanğının şəhərin şimal istiqamətində sənaye obyektlərinin yerləşdiyi ərazidə başladığını qeyd etmək olar.
Xəbər yenilənir.
Foto: Faiq Nağıyev