Paytaxtın Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Vaqif prospektində qeydə alınıb.
Sözügedən prospekt ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək, avtomaşını yol kənarındakı işıq dirəyinə çırpıb.
Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb.
Qəza nəticəsində sürücünün xəsarət aldığı bilidirilir.