Bakı şəhərində sərnişin sıxlığının azaldılması məqsədilə bir sıra marşrut xətlərinə əlavə avtobuslar buraxılıb.
Bu barədə Oxu.Az-a "BakuBus" MMC-dən bildirilib.
Qeyd olunub ki, 22 aprel 2026-cı il tarixində sərnişin axınının tənzimlənməsi üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri xəttə çıxarılıb.
Magistral və şəhərdaxili xətlər üzrə hərəkət istiqamətləri:
- 500 nömrəli marşrut;
- Elmlər Akademiyası - Nizami - 28 May - Koroğlu - Neftçilər;
- "28 May" - "Koroğlu" - "Əhmədli" - Ukrayna dairəsi.
- 503 nömrəli marşrut: "Elmlər Akademiyası" - "Nizami" - "28 May" - "Koroğlu" istiqaməti üzrə.
- 508 nömrəli marşrut: "Elmlər Akademiyası" - "28 May" - "Koroğlu" - "Neftçilər" xətti üzrə.
- 49 nömrəli marşrut: Ukrayna dairəsi - "28 May" (Heydər Əliyev prospekti vasitəsilə).
- 46 nömrəli marşrut:
- "Əhmədli" - Günəşli;
- "Əhmədli" - "28 May" (8 Noyabr prospekti vasitəsilə).
- 62 nömrəli marşrut:
- "Əhmədli" - M.Tusi küçəsi;
- "Koroğlu" - Sadıqcan küçəsi.
- 11 nömrəli marşrut: "Koroğlu" - Sadıqcan küçəsi.
- 3 nömrəli marşrut: "Elmlər Akademiyası" - "Badamdar" istiqaməti üzrə.
Metronun stansiyalararası gücləndirilmiş xətləri:
"Koroğlu" və metronun "28 May" stansiyaları arasında sərnişin daşınmasını təmin etmək üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri ayrılıb:
- 140 nömrəli marşrut;
- 150 nömrəli marşrut;
- 141E nömrəli marşrut.
Digər marşrutlardakı yüklənməni azaltmaq məqsədilə "Avtovağzal" m/st istiqamətində hərəkət edən iki nömrəli, "Koroğlu" m/st istiqamətində hərəkət edən 7B nömrəli, "Avtovağzal" m/st və "Koroğlu" m/st istiqamətində hərəkət edən 13 nömrəli marşrut xəttinə əlavə avtobuslar yönləndirilib.