Daxili İşlər Nazirliyi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az DİN-in saytına istinadən bildirir ki, oktyabrın 16-da saat 23.00 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Rəşad Kərimovun idarə etdiyi “Grand Cherokee” və Sumqayıt şəhər sakini, Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində S.Abbasova hadisə yerində ölüb, 2 sərnişini, habelə R.Kərimov xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var.